Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.