Azərbaycanlılar daha bir Avropa ölkəsinə VİZASIZ gedə bilərlər

Azərbaycanlılar daha bir Avropa ölkəsinə VİZASIZ gedə bilərlər

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb.

Bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.


Qeyd edək ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.