“Azərişıq” Laçın dəhlizində - VİDEO
“Azərişıq” ASC-nin əməkdaşları “Laçın dəhlizi”ni keçməklə Minkənd kəndini elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar.
“Report”un əldə etdiyi videogörüntülərdən məlum olur ki, “Azərişıq”ın əməkdaşları hazırda dəhlizdə işlər aparır.
İşçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur.
Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.