AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı konkret.az-a təsdiqləyib.

O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən də çıxarılıb.