Bakıda alabay itləri sahibini parçalayaraq öldürdülər

Bakıda alabay itləri sahibini parçalayaraq öldürdülər

Bakıda itlər öz sahibini parçalayaraq öldürüblər.

Dovlet.Tv Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Ə.Y-nin saxladığı alabay cinsli itlər ona hücum ediblər.

Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər sahibini parçalayaraq öldürüblər.

Hadisə yerinə polis əməkdaşları çağırılıblar.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla iki it saxlayıb.