Bakıda qadın qatarın altında qalaraq öldü

Bakıda qadın qatarın altında qalaraq öldü

Bakının Qaradağ rayonunda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in qaynar telefon xəttinə dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib