Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.