Bakıdakı yağışa görə bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

Bakıdakı yağışa görə bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

Bakıda intensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.

161 nömrəli marşrut xətti: Hövsan - Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətində davam edir.

Koroğlu nəqliyyat mübadilə mərkəzindən (NMM) çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu" stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.

"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", - deyə agentlik bəyan edib.