Xudafərinin azad olunmasından dörd il keçir

Xudafərinin azad olunmasından dörd il keçir

Bu gün Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini Ermənistanın işğalından azad etməsindən dörd il keçir.

Dovlet.Tv xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev "X" hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan bayrağının görüntüsünü paylaşıb:

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - deyə ölkə başçısı bildirib.

Görüntüdə Azərbaycan əsgəri Ali Baş Komandana Xudafərin körpüsünün düşməndən azad edilməsi ilə bağlı məruzə edir.