Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.
Dovlet.Tv-nin əldə etdiyi məlumata əsasən, hadisə “Ay İşığı” restoranında baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.