Bələdiyyə xalq üçün önəmli qurumdur-Telman Süleymanov
Bələdiyyə xalq üçün önəmli olan qurumlardan biridir. Xalqın səsi ilə sədr müəyyən edilir.
İlk bələdiyyə seçkiləri 1999-cu il 12 dekabr tarixində baş vermişdir.
O zamanlar ölkəmizdəki bələdiyyələrin sayı 2700 təşkil edirdi.
Daha sonralar kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində Bələdiyyə sayı 1771-ə azalmışdır.
Ümumlikdə ölkəmiz üçün önəmli vergilərin toplanmasında bələdiyyə qurumu böyük önəm daşıyır.
Xalq və dövlət arasında mühim bir bağın olması müsbət bir haldır.
Bələdiyyədə məhz bu bağın əsaslarındadır.
Onların sturkturu xalqa,sakinlərə xidmət etmək üçün mövcuddur. Müəyyən təqdirdə bələdiyyə fonduna danşınan və daşınmaz əmlak daxildir. Dövlət səviyyəsində planlaşdırılan pay torpaqların müvəqqəti icarəsidə məhz bələdiyyələr tərəfindən reallaşdırılıb nəzarət edilir. Bir sıra xidmətə rəhbərlik edən bələdiyyələrin məsuliyyətli fəaliyyətlərini heç bir zaman danmaq mümkün deyil. Onların daxili və xarici əlaqələri sayəsində vətəndaşlar daha rahat öz hüquqlarını icra edə bilirlər.
Bir çox ölkələrdə müvafiq qanunlarla bələdiyyə mövcuddur. Və bu dövlətə,xalqa dəstək üçün çox önəmlidir.
Azərbaycan qədim bir ölkədir. Özünə aid adət-ənənələri, milli mənsubiyyətləri, dili və dini vardır.
Azərbaycan müstəqil ölkə kimi formlaşmasında böyük əməyi olan hər bir kəsə şəxsim xalqım adından dərin minnətdarlığımı bildirirəm. Güman edirəm ki, bu kimi qurumlara dəyər verilib, onları dahada inkşaf etməyə dəstək olacayıq.
Telman Süleymanov
Şüvəlan bələdiyyəsinin sədri