"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı ABŞ-nin "Bell 212" helikopteri uçuş üçün yararsız olub".
Belə bir iddia ilə Almaniyanın "Bild" nəşrinin analitiki, özü də həvəskar pilot olan və kiçik təyyarələri idarə edən Yulian Repke çıxış edib.
O xatırladıb ki, "Bell 212" helikopterləri 1960-cı illərdə hazırlanıb. Yulian Repkenin sözlərinə görə, helikopter 1990-cı illərdə yenilənmiş olsa da, əlverişsiz hava şəraitində uçuş üçün yararsız olub.
"Əgər məlumatlar doğrudursa, Rəisi vizual uçuş qaydalarına açıq-aydın şəkildə uyğun gəlməyən hava şəraitində "Bell 212" ilə uçub. Bu, sadəcə olaraq intihardır. Helikopter çətin hava şəraitində uçuşlar üçün yararsız olub", - deyə Repke qeyd edib.