Çində həm uça, həm də üzə bilən PUA yaradıldı

Çində həm uça, həm də üzə bilən PUA yaradıldı

Çin alimləri uça və üzə bilən pilotsuz nəqliyyat vasitəsi yaradıblar.

Cihazı Nankin Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.

PUA iki ədəd qatlanan qanadın köməyi ilə uçur. Onun havada maksimal sürəti saatda 120 kilometrdir.

Dron uçuş zamanı enerjiyə qənaət edir və daha uzun missiyalar üçün əlverişlidir. Cihazın eni təxminən iki metrə çatır.

PUA kəşfiyyat, mina axtarışı və ya hədəflərə birbaşa hücum kimi hərbi tapşırıqları da yerinə yetirə bilər. O, radardan gizlənmək üçün suya dalmağı bacarır və sualtı qayıq kimi üzür.

Alimlərin fikrincə, bu cür imkanlar müxalif orduların komandirlərini çaşdıra bilər.

Mənbə: gazeta.ru