Danimarka 1941-ci ildən bəri ən isti iyul günü yaşanıb
Danimarkadakı istilər 81 il əvvəl, 1941-ci ilin iyulunda qeydə alınan temperatur rekordunu qırıb.
Ölkənin Meteorologiya İnstitutundan bildirilib ki, çərşənbə günü Yutlandiyanın qərbində temperatur 35,6 dərəcəyə çatıb.
Bütün Danimarka üçün mütləq rekord 1975-ci ilin avqustunda eyni yerdə, Yutlandiyanın qərb hissəsində, Holstebro şəhərində hərarətin 36,4 dərəcəyə qalxdığı vaxt qeydə alınıb.
Bütövlükdə iyul ayına gəlincə, ən isti ay 2006-cı ildə olub və o zaman ölkədə orta sutkalıq temperatur 19,8 dərəcə təşkil edib.