Dörd ay komada qalan hərbçimiz şəhid olub

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhid Hacıəli Qasımov doğulduğu kənddə bu gün dəfn olunacaq.