Ərdoğan Suriyada keçiriləcək antiterror əməliyyatının anonsunu verdi
“Terror təşkilatının yuva saldığı əraziləri təmizləyəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında çıxışında bildirib.
Türkiyə Prezidenti Suriyada keçiriləcək antiterror əməliyyatının anonsunu verib.
“Cənub sərhədimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zolağını formalaşdırmaq əzmimiz var. İnşallah, tezliklə bu zolağın halqalarını birləşdirəcəyik”, - deyə Ərdoğan bəyan edib.
Dövlət başçısı çıxışında Ukrayna münaqişəsinə də toxunub, həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putinlə görüşlər zamanı problemlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğuladığını bildirib.
Həmçinin, Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olması lə bağlı Türkiyənin öz qəti mövqeyini qoruyub saxladığını da xatırladıb.