Ermənistan sovet dövrünün sərhədlərindən imtina etməyin mümkünsüz olduğunu bəyan etdi

Ermənistan sovet dövrünün sərhədlərindən imtina etməyin mümkünsüz olduğunu bəyan etdi

"Ermənistanın SSRİ tərkibində olduğu dövrdəki sərhədlərindən imtina etməsi suverenlik və dövlətçilikdən imtina deməkdir".

Bu barədə respublikanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan müstəqilliyini Sovet Ermənistanı ərazisində əldə edib və beynəlxalq ictimaiyyət respublikanı müstəqil olaraq tanıyıb.

Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış əraziyə sədaqət təhlükəsizlik üçün vacibdir və Ermənistan üçün bufer rolunu oynayır.

Paşinyan əlavə edib ki, əgər erməni xalqı özü beynəlxalq səviyyədə tanınmış ərazini tanımasa, bu, başqalarına onu tanımamaq imkanı verəcək.