“Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Qüdrətli Azərbaycan dövlətinin tarixinin bütöv bir epoxası Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin qurduğu bu dövlət yaşadı və sürətlə inkişaf etdi. Ümummilli Liderin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasət xalqımız və Vətənimiz üçün yeni-yeni uğurlar gətirdi. Azərbaycan xalqı bu yolu davam etdirənləri, Heydər Əliyev kursuna sadiq və etibarlı insanları da yüksək qiymətləndirir. Prezident İlham Əliyevin komandasında Heydər Əliyev kursuna sadiqliyi ilə seçilənlər sırasında xalqımızın xüsusi rəğbət bəslədiyi Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi yeri olduğu danılmazdır. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağ həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi və tanıdılmasında xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla, böyük tarixi bir missiyanı həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin Ermənistanın təcavüzü ilə işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda başladığı fəaliyyəti uğurla davam etdirən və 44 günlük Vətən müharibəsində Zəfər qazanan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 30 il işğal altında qalan Qarabağ torpaqlarını azad etməklə həm ata vəsiyyətini, həm də Onun ən böyük arzusunu yerinə yetirdi.
Azərbaycan xalqının müdrik və ədalətli seçimi bir daha sübut etdi ki, Sizin apardığınız daxili və xarici siyasətinizin nə qədər doğru və düşünülmüş olması, otuz il sonra bütöv Azərbaycanda tarixi və böyük bir xalq dəstəyi ilə qələbə çalmağınız dünyada yaşayan hər bir azərbaycanlını ürəkdən sevindirmişdir.
Əminliklə deyə bilərəm ki, bundan sonra da bütün dünya azərbaycanlıları Sizinlə olacaq, rəhbərliyinizlə işğaldan azad olunmuş torpaqlarımızın hər qarşısında oranın əsl sahibləri olan azərbaycanlılar məskunlaşacaq və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil, gözəl olan Azərbaycanımızı daha da gözəlləşdirəcəksiniz.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, daha güclü Azərbaycan Respublikası naminə görəcəyiniz işlərdə müvəffəqiyyətlər arzulayıram.
"SAHİBKAR"İŞ ADAMI HƏCİ TEHRAN HƏSƏNOV