İlk mərhələdə köçürülən ailələr Talış kəndinə çatıblar
“Böyük Qayıdış” proqramı çərçivəsində ilk mərhələdə köçürülən ailələr artıq Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə çatıblar.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüb.
Ailələri Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıblar.
Kəndə köçürülən sakinlər hazırda yeni evlərinə yerləşdirilirlər.