İsrail aviaşirkəti 15 illik fasilədən sonra Türkiyəyə uçuşları bərpa edir
İsrailin “Arkia” aviaşirkəti on beş illik fasilədən sonra Türkiyəyə uçuşları bərpa edəcək.
Məlumata görə, “Arkia” 2023-cü ilin fevralında İstanbula müntəzəm uçuşlar həyata keçirəcək, Antalyaya uçuşlar isə bir aydan sonra başlayacaq.
Qeyd edir ki, “Arkia” təhlükəsizlik baxımından 15 il əvvəl dayandırılan Türkiyəyə uçuşların bərpa olunduğunu elan edən ilk İsrail hava yolu şirkəti olub.
Sentyabrın 4-də İsrail Nazirlər Kabineti İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşları bərpa etməsi iki ölkə arasında bu il avqustun 17-də elan edilən diplomatik münasibətlərin bərpasının nəticəsidir.