ABŞ alimləri mədəaltı vəzi xərçəngi hüceyrələrinin böyüməsini və metastazına maneə törədən molekul kəşf ediblər.
Molekul MMRi62 adlandırılıb və qeyri-adi bir xüsusiyyətə malikdir.
O, dəmirin metabolizminə, eləcə də metastazların yaranmasına səbəb olan xərçəng hüceyrələrini və zərərli zülalları öldürməyə qadirdir.
Alimlər əmindirlər ki, bu molekulun gələcək inkişafı və təkmilləşdirilməsi mədəaltı vəzi xərçəngi üçün yeni bir terapiya növünün yaranmasına səbəb ola bilər.
Qeyd edək ki, mədəaltı vəzi xərçəngi xəstələrinin yalnız 12% -i beş ildən çox yaşayır.