Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi AÇIQLANDI

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi AÇIQLANDI

Gələn həftədən etibarən Azərbaycanda Rusiyanın “Lada Granta” avtomobillərinin istehsalına başlanılacaq.

Bu barədə Rusiyanın “VKontakte” sosial şəbəkəsində “Atipik AvtoVAZ” ictimai birliyinin səhifəsində məlumat verilib.

Bildirilir ki, ötən ilin dekabrında yığımın texnoloji proseslərini sınaqdan keçirmək üçün 11 ədəd “Lada Granta” avtomobil komplekti Azərbaycana göndərilib.

Qeyd olunur ki, martın sonunda Gəncə şəhərində avtomobil hissələrinin yığıldığı zavodun açılışı gözlənilir.

Xatırladaq ki, hazırda ölkədə bu sahədə dörd müəssisə fəaliyyət göstərir: Gəncə Avtomobil Zavodu, Hacıqabul sənaye zonasındakı avtomobil zavodları və Neftçala sənaye zonası, o cümlədən Naxçıvandakı “NazLifan” müəssisəsi.