Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub

Cəbrayıl şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yeni köçürülən ailələrə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat veriblər. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Qeyd edək ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 30 ailə - 150 nəfər köçürülüb. Bununla da Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.