Operativ nəqliyyat vasitələrinin SİYAHISI genişləndirildi

Operativ nəqliyyat vasitələrinin SİYAHISI genişləndirildi

Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Dovlet.Tv-nin məlumatına görə, "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsi, həmçinin eyni məsələ ilə bağlı "Yol hərəkəti haqqında" qanunda dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hər iki layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.