Pakistan Baş naziri Azərbaycan Prezidentini və xalqını təbrik etdi

Pakistan Baş naziri Azərbaycan Prezidentini və xalqını təbrik etdi

“Zati-aliləri İlham Əliyevə səmimi qəlbdən təbriklərimi çatdırıram”.

Bu sözləri Pakistanın Baş naziri Şahbaz Şərif öz “Twitter” hesabında yazıb.

Baş nazir Azərbaycan Prezidentini və xalqını Zəfər Günü münasibətilə təbrik edib.

“Zati-aliləri İlham Əliyev və qardaş Azərbaycan xalqını Qələbə Günü münasibətilə ürəkdən təbrik edirəm. Qələbə Günü möhkəmlik, mərdlik və milli birlik deməkdir. Qoy bu bayram Qafqaz regionunda davamlı sülh və firavanlıq erası açsın”, - deyə o qeyd edib.