Prezident İqtisadi Şuranın tərkibində dəyişiklik etdi

Prezident İqtisadi Şuranın tərkibində dəyişiklik etdi

“Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanında dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmanla Azərbaycan Respublikasının İqtisadi Şurasının tərkibində dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçisi İqtisadi Şuranın tərkibindən çıxarılıb. Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi şuranın tərkibinə daxil edilib.