“Qarabağ” Konfrans Liqası ilə vidalaşdı

“Qarabağ” Konfrans Liqası ilə vidalaşdı

“Qarabağ” - “Marsel” matçı başa çatıb.

Dövlət Tv xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 12-ci dəqiqəsində "Marsel"in yarımmüdafiəçisi Geye hesabı açıb.

34-cü dəqiqədə "Qarabağ"ın hücumusu Vadci fərqlənsə də, əllə oynadığı üçün qol qeydə alınmayıb.

İkinci hissədə isə daha iki dəfə qol vuran qonaqlar yekunda 3:0 hesablı qələbəyə seviniblər.

Avropa Konfrans Liqası

“Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) - 0:3

Qollar: Geye, 12, Qenduzi, 77, De La Fuente, 90+2

Hakimlər: Bartoş Frankovski, Marçin Bonek, Yakub Vinkler, Kjıştof Yakubik (hamısı Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu