"Qarabağ" "Marsel"ə qarşı

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Dövlət Tv xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq.

Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi düşən Ağdam təmsilçisi Fransa səfərində “Marsel”in qonağı olacaq. “Velodrom” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.



17 fevral

Konfrans Liqası

Pley-off, ilk oyun

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Marsel. “Velodrom” stadionu