Qubada canavarlar kəndə hücum etdilər

Qubada canavarlar kəndə hücum etdilər

Qubada canavarlar kəndə hücum edib.

Hadisə rayonun Aydınkənd kəndində qeydə alınıb.


Canavarlar kənd sakini Vasif Tarverdiyeva məxsus 20 qoyuna hücum ediblər, onlardan 10-u tələf olub.


Kənd sakini deyib ki, ona təxminən 4 000 manata qədər ziyan dəyib. Onun sözlərinə görə, heyvanlar məşğulluq xidməti tərəfindən vətəndaşa təqdim edilib.