Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycana səfərə gəlib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycana səfərə gəlib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar.