Salyanda fermadan dörd baş inək oğurlanıb

Salyanda fermadan dörd baş inək oğurlanıb

Salyanda çoban fermadan dörd baş inək oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan dörd baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini Həbib Mehdiyev saxlanılıb.

Araşdırma aparılır.