Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə 10-cu mikrorayonda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.