Şüvəlan Bələdiyyəsi nümunəvi işləri ilə gündəmdədir.
Azərbaycanın paytaxtı olan Bakı günü-gündən gözəlləşməkdədir.
Paytaxtımızın tərkibinə 12 inzibati rayon,59 qəsəbə daxildir.
Öndə gedən tarixi qəsəbələrdən biri Şüvəlan qəsəbəsidir.Hər bir görülmüş işin ilk öncə təsis edəni olmalıdır.
Şüvəlan qəsəbəsi abadlığı və yaşıllığını İlk öncə Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanova və həmin idarənin strukturunda fəaliyyət göstərən kollektivə borcludur. Əhəmiyyətli iş xarakteri olan Telman müəllim,həm nümunəvi rəhbər,həmdə nümunəvi dövlət işçisidir. Onun həm işçilər həmdə kollektiv ilə xoş davranışı insanlara əsl örnəkdir.
İnsan yaşadıqca öyrənər:
Öyrəndikcə həyatın hər bir çətinliyini anlayar.
Dahi bir rəhbər olaraq, Telman Süleymanov öz iş prinsipində heç bir qüsura yol verməyib.
Bununla əlaqədar Telman müəllimə öz təşəkkürümüzü və xüsusi minnətdarlığımızı bildiririk.
Yüksək keyfiyyətli fəaliyyəti ilə vətəndaşların razılığını qazanan Telman Süleymanov,işindən tam məmnundur.
Hər bir dövlət işçisinin ilk öncəki məsuliyyəti xalqa,dövlətə və dövlətçiliyə xidmət etməkdir.
Müsahibə zamanı Telman bəy, tam səmimi olaraq bu ifadələri vurğuladı:
"Hər bir çalışan dövlət işçisinin vəzifəsi xalqa dövlətə qarşılıqsız xidmət etməkdir"
Telman müəllimin etdiyi söhbət zamanı öz vətənpərvərlik hissini heç də gizlətmədi;
Azərbaycanın müzəffər ordusu Qarabağı,44 gün ərzində azad etdi. Düzdür itkilərimiz oldu,Bütün şəhid ailələrinə baş sağlığı verib onlara səbr diləyirəm.
Hörmətli ,Telman müəllim gələcək fəaliyyətinzdə uğurlar arzu edib,sizə uzun ömür-can sağlığı arzu edirəm
Xalqa, dövlətə göstərdiyiniz hər bir dəstək üçün təşəkkür edirik. Yaxşı ki, sizin kimi öz işini məsuliyyət ilə yerinə yetirən,Ümummilli Liderimizin davamçıları var.