TƏBİB: “Qarlı havada 60 nəfər xəsarət alıb”

TƏBİB: “Qarlı havada 60 nəfər xəsarət alıb”

Qarlı hava şəraiti ilə əlaqədar son iki gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib:

“Son iki gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. Yanvarın 14 və 15-də hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili tibbi yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar”.