Terrorçular növbəti dəfə Türkiyəni hədəf seçdilər: Ölənlər və yaralılar var

Terrorçular növbəti dəfə Türkiyəni hədəf seçdilər: Ölənlər və yaralılar var

Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinə yenidən raket atılıb.

Raketlər Karkamış rayon mərkəzindəki orta məktəb, iki ev və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına zərər vurub.

İlkin məlumata görə, 2 nəfər həyatını itirib, iki nəfərin vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün də sözügedən rayona raket hücumu olub. Terror təşkilatı YPG/PKK tərəfindən Karkamışa atılan 4 raket boş əraziyə düşüb.