“Türk Ulduzları”na məxsus “F-5” qəzaya uğradı

“Türk Ulduzları”na məxsus “F-5” qəzaya uğradı

Türkiyənin Konya şəhərində “Türk Ulduzları”na məxsus “F-5” tipli təyyarə qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisəyə quşların təyyarəyə çırpılması və nəticədə mühərrikinin dayanması səbəb olub.

Pilot təyyarədən tullanaraq sağ qalıb və müalicə üçün xəstəxanaya göndərilib. Onun səhhətinin yaxşı olduğu bildirilir.