Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib

Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.