Səhər saatlarında Türkiyədə ardıcıl iki dəfə zəlzələ olub.
Dovlet.Tv xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, 3.8 maqnitudada birinci zəlzələ Bolu vilayətində qeydə alınıb. Zəlzələnin episentri Məscicele kəndində, ocağı 6 kilometr dərinlikdə yerləşib. Bundan bir neçə dəqiqə sonra Çukurren kəndinin mərkəzində 3.1 maqnitudada afterşok olub.
Həmçinin AFAD Akdenizdə 3.9 maqnitudada daha bir zəlzələnin olduğunu xəbər verib.