Türkiyədə dəhşətli zəlzələdən sonra açıqlanan son rəqəmlər: Həlak olanların sayı artdı
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir.
Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub.
İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.