Ukraynada Rusiyaya məxsus daha bir təyyarə vuruldu
Ukrayna hərbçiləri Zolotonoşski rayonunun (Çerkası vilayəti) Voznesenskoye kəndi yaxınlığında Rusiyaya məxsus qırıcını vurub. Bu barədə vilayət polisi məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər vurulan təyyarənin qəzaya uğraması zamanı katapult edən pilotu axtarır.
Son məlumatlara görə, Ukraynada Rusiyanın yeddi təyyarəsi vurulub. Ukrayna Müdafiə Nazirliyi təyyarələrdən əlavə altı helikopter və çoxlu zirehli texnikanın vurulduğu barədə məlumat yayıb.