Zaxarova: “Ararat Mirzoyan kimi adamlar Ermənistanı çıxılmaz vəziyyətə salırlar”

Zaxarova: “Ararat Mirzoyan kimi adamlar Ermənistanı çıxılmaz vəziyyətə salırlar”

“Ararat Mirzoyan kimi adamlar Ermənistanı çıxılmaz vəziyyətə salırlar”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru-nun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın: “Rusiya və Ermənistan müxtəlif dillərdə danışırlar”, - açıqlaması ilə bağlı sualını şərh edərkən deyib.

O, Mirzoyanın müsahibə zamanı səsləndirdiyi: “İndi İrəvanın əsas müttəfiqləri ABŞ və Avropa Şurasıdır”, - fikrinə də münasibət bildirib.

“Soruşmaq olarmı ki, indi - yəni nə vaxt? 2024-cü ilin mart-aprel ayı? Bundan əvvəl və sonra tarix bitir?” - Rusiya XİN sözçüsü deyib.

Zaxarova vurğulayıb ki, Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətləri Avropa İttifaqı və ABŞ-ni şirnikləndirən müvəqqəti bonuslar naminə qurban verir. O, həmçinin, bu əlaqələrin erməni xalqının maraqlarına zərər verdiyini qeyd edib.

“Məsələ burasındadır ki, onlar bizə və ya tərəfdaşlarına, müttəfiqlərinə xəyanət etmirlər, onlar öz xalqlarına xəyanət edirlər. Problem budur”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.