Ağdamda antibiotik iynəsi vurulan qadın öldü

Ağdamda antibiotik iynəsi vurulan qadın öldü

Ağdamda antibiotik iynəsinin vurulmasından sonra şoka düşən qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib. 1950-ci il təvəllüdlü Ofeliya Tanrıverdiyeva antibiotik iynəsinin vurulmasından sonra ağır vəziyyətə düşüb. O, koma vəziyyətində xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.