Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiakos”la qarşılaşacaq

Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiakos”la qarşılaşacaq

Ağdam təmsilçisi “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Dovlet.Tv-nin məlumatına görə, Qurban Qurbanovun yetirmələri G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaqlar. “Georgios Karaiskakis” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransa “Nant”ını qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)

Pirey, “Georgios Karaiskakis”

Xal durumu: “Frayburq” - 6, “Qarabağ” - 3, “Nant” - 3, “Olimpiakos” - 0.