Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi
“Oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.