Azərbaycan neftinin qiyməti illik rekordunu yenilədi
Azərbaycan nefti bahalaşıb.
Dövlət Tv xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,68 ABŞ dolları və ya 2,94 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 93,84 ABŞ dolları təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 89,24 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.