Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA

2023-cü ilin yanvar ayı ərzində Azərbaycana ümumilikdə 119 094 nəfər turist gəlib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Belə ki, ötən il yanvar ayında ölkəmizə 74 057 nəfər turist səfər etmişdi.

Agentliyin məlumatına görə, yanvar ayı ərzində ən çox turist Rusiya, Türkiyə və İrandan daxil olub. Rusiyadan 40 189 nəfər, Türkiyədən 25 109 nəfər, İrandan isə 11 084 nəfər turist Azərbaycana səyahət edib.