Azərbaycana qış fəslinin daxil olacağı vaxt AÇIQLANDI

Azərbaycana qış fəslinin daxil olacağı vaxt AÇIQLANDI

“2022-ci ildə qış fəsli Azərbaycana 22 dekabr saat 01:48:12-də daxil olacaq”.

Bunu Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, dekabrın 22-də qış Günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26.2⁰) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

X.Mikayılov bildirib ki, qış fəsli 88 gün 23 saat 36 dəqiqə davam edəcək.

Yerin Günəşə ən yaxın məsafədən (periheli) keçmə vaxtı 4 yanvar saat 10:54-də olacaq, məsafə 147 105 052 km təşkil edəcək.

Planetimizin Günəşə ən uzaq məsafədən (afeli) keçmə vaxtı 4 iyul saat 11:12-də olacaq, məsafə isə 152 098 455 km təşkil edəcək.