Azərbaycanda

Azərbaycanda "dünya rekordçusu" olan palçıq vulkanı yenidən püskürdü

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub.

Püskürmə 6 dəqiqə 20 saniyə davam edib. Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alınıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.