Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

18 mart tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır.

Bu gün bu istiqamətdə ilk rəmzi səfər baş tutacaq. Səfərdə rəsmi şəxslər, nəqliyyat ekspertləri və media nümayəndələri iştirak edirlər.

Səfərin məqsədi Bakı-Qəbələ dəmir yolu xəttində və Qəbələ dəmir yolu stansiyasında görülən işlərlə tanış olmaqdır.

Bu istiqamətdə hərəkət qrafiki də açıqlanıb. Belə ki, Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olaraq göstərilib.