Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.
Dovlet.Tv xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” yeni mövsümdə ilk rəsmi matçına çıxıb.
Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olub və 2:0 hesablı qələbə qazanıb.
Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
Xatırladaq ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 0:2
Qol: Juninyo, 45+2, Toral Bayramov, 75
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”